`İncirlik` mühasirəyə alındı


12:39     31 İyul 2016 4f7b292502db54c1c423f10ae0e072e02.jpg

Türkiyədə “İncirlik” hərbi-hava bazası ölkənin güc strukturlarının əməkdaşları tərəfindən mühasirəyə alınıb.


Femida.az -ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə, hərbi obyektə giriş-çıxış bloklanıb. Hazırda aviabaza güc strukturlarının 7 minədək əməkdaşları tərəfindən mühasirəyə alınıb. Bazanın bütün giriş və çıxışları nəzarətə götürülüb.

Türkiyənin Avropa məsələləri üzrə naziri Ömər Çelik “Twitter” səhifəsində bildirib ki, aviabazada təhlükəsizlik sistemlərinin yoxlanışı həyata keçirilib.

“Haber Turk” aviabazanın bloklanmasını ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin rəhbəri Cozef Danfordun bu günə nəzərdə tutulmuş səfəri ilə əlaqələndirib. Onun Ankarada bir sıra ikitərəfli görüşlər keçirəcəyi və “İncirlik” aviabazasında xidmət aparan Amerika hərbçilərinə baş çəkəcəyi nəzərdə tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 2048